Qəbələdə keçiriləcək daha bir oyunun vaxtı hava şəraitinə görə dəyişdririlib.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda PFL-in rəsmi saytı xəbər yayıb. Martın 16-da keçirilməsi planlaşdırılan 1-ci divizionun 18-ci turunun “Qəbələ-2” – “Səbail-2” görüşü 14.00-dan 13.00-a keçirilib.
Bundan əlavə, "Zaqatala” – MOİK matçı da eyni saatda start götürəcək. “Qəbələ-2” – “Səbail-2” görüşü Qəbələ şəhər stadionunun əsas meydançasında olacaq.
Qeyd edək ki, ölkə çempionatının 19-cu turunda "Qəbələ" - "Zirə" oyun ötən gün qara görə təxirə salınmışdı və bu gün keçirilib.