İki günə sığan oyunda diqqəti çəkən məqamlardan biri qar yağmasına baxmararq, görüşdə qırmızı və ya narncı topdan istifadə olunmamasıdı. Əsasnəməyə görə, premyer-liqa qarşılaşmalarında topla təminat ev sahibi komandanın üzərinə düşür. Bəs nəyə görə “Qəbələ” bu addımı atmayıb? Olmaya “qırmızı-qaralar”ın, ümumiyyətlə, qarlı havalar üçün nəzərədə tutulan qırmızı topu yoxdu?
Klubun mətbuat katibi Anar Hacıyev yaşananlarla bağlı “Football-plus.az” saytına bunları söylədi:
“Çempionatda istifadə edilən, “Nike” firmasının istehsalı olan tam qırmızı və ya narıncı top yox idi. Özümüzdə olan qırmızı top başqa firmanın istehsalı olduğundan premyer-liqa matçında ondan istifadə oluna bilməz. Ancaq həmin gün oynanılan topun da üzərində qırmızı zolaqlar var ki, qarlı havada ondan istifadə etmək mümkündü”.
Əsasnamədə o da göstərilib ki, çempionatda bütün klublar PFL tərəfindən təsdiq olunan vahid topdan istifadə etməlidi. Artıq neçə mövsümdü ki, premyer-liqada “Nike” firmasının istehsalı olan toplardan istifadə olunur. Onları isə klublara AFFA verir. Belə çıxır ki, problem assosiasyadan qaynaqlanır. Ölkə futbolunun inkişafına cavabdehlik daşıyan qurum elita təmsilçilərinə adi “mərmi” ilə yanaşı, qırmızı top versəydi, Qəbələdə keçirilən görüşdə meydan sahibləri bu yöndə çətinliklə üzləşməzdi.
Məsələ ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq:
“AFFA elitada çıxış edən bütün klublara təmənnasız toplar verib. Premyer-lia təmsilçilərinin maddi durumu nəzərə alındığından izafi sərfə yol verməsinlər deyə bu addım atılır. Ancaq bu o demək deyil ki, klublarımız əllərini yanlarına salıb oturmalıdılar. Belə qarlı hava şəraitini nəzərə alıb, özləri heç olmasa, 5 ədəd qırmızı top alıb anbarlarında saxlaya bilərlər”.
RƏŞAD



