Şevçenko İtaliya klubunu ala bilər

4.05.2022 17:11 572
Dünya futbolu
Ukrayna millisinin sabiq futbolçusu və baş məşqçisi Andrey Şevçenko İtaliyada klub ala bilər.

"Football-plus.az" xəbər verir ki, 46 yaşlı futbol veteranı “Peskara”nı almağa namizəd hesab olunur.

Şevçenko bu kluba İtaliya konsorsiumu ilə birlikdə sahib çıxmaq niyyətindədir. Onlar “Peskara”nın səhmlərinə nəzarət paketini ələ keçirməyi planlaşdırır.

Qeyd edək ki, İtaliya C seriyasının B qrupunda 5-ci yeri tutan “Peskara” B seriyasına yüksəlmək uğrunda keçid turnirinə vəsiqə qazanıb.