Ole-Qunnar Sulşerin qızı Karna İngiltərə klubunda titullar qazanmağa davam edir.
19 yaşlı xanım futbolçu U-21 komandaları üzrə Superliqa Akademiya Kubokunun qalibi olub. "Mançester Yunayted" finalda "Birmingem" ilə qarşılaşıb. Karna matçda 2 qol ötürməsi ilə yadda qalıb. "Mançester Yunayted"in xanımları görüşdən 4:1 hesablı qalibiyyətlə ayrılıb.
Qeyd edək ki, Ole-Qunnar Sulşer qarşılaşmanı tribunadan izləyib və qızını alqışlayıb.