• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Ümumilikdə narahatlığım yoxdu" - Qurban Qurbanov

Premyer-liqa

12-03-2022, 22:0

Premyer-liqanın 19-cu turunda "Qarabağ" səfərdə "Sabah"ın qonağı olub - 1:0.

"Football-plus.az" saytının məlumatına görə, qonaqların baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında iştirak edib. Çalışdırıcı görüş haqda bunları deyib:

"Komandamı təbrik edirəm. Çox vacib üç xal qazandıq. Yaxşı komandaya qarşı oynayırdıq. Ümumiyyətlə, meydanda çox intizamlı iki komanda var idi. Bir-birimizi yaxşı təhlil etmişdik. Belə oyunun taleyini bir qol həll edəcəkdi. Hansı komanda qol vursaydı, digəri üçün daha çətin olacaqdı. Futbolçularımdan çox razı qaldım. Matçın əvvəlində bir az çətinliklər oldu, amma get-gedə oyunu əla almağı bacardılar".



- Filip Ozobiçin oyunu haqda nə deyə bilərsiz?

- Bizdə statistikalar var. Ozobiç meydanda ən çox qaçan oyunçulardandı. Ola bilər ki, hansısa epizodda öz zonasında ola bilmirdi. Bəzi epizodlarda düşündüyümüz kimi alınmadı. Amma sona kimi mübarizə apardı. Dediyim kimi, çox intizamlı komandaya qarşı oynadıq. Bizi çox yaxşı təhlil etmişdilər.


- Bu gün "Qarabağ"ın qol epizodları az oldu. Bu sizi narahat edir?

- Ümumilikdə cərimə meydançasına girilən epizodlara baxsaq, 4-5 real qol imkanımız oldu. Sadəcə ola bilər ki, son ötürmə ünvanına çatmırdı. Rəqibin intizamlı oyununu yaddan çıxarmalı deyilik. "Sabah" rəqib oyunçulara ən çox yaxın oynaya bilən komandadı. Rəqibə meydanda istəyini etməyə imkan yaratmırlar. Bu gün futbol elə səviyyəyə gəlib çıxıb ki, biz hər oyun nə 5-6 qol vuran bilərik, nə də 7-8 qol epizodu yarada bilərik. Bəzən bir standart vəziyyət oyunun taleyini həll edir. Ümumilikdə narahatlığım yoxdu. Çünki futbolçuların intizamlı, istəkli olması mənim üçün çox vacibdi. Qarşıda da belə oyunlarımız olacaq.


- Toral Bayramovun durumu necədi?

- Ayağında bir az şiş oldu. Rəqib oyunçu pəncə hissəsinə xəsarət yetirdi. Sabah durumu tam bilinəcək. Ola bilər 3-4 gün məşqlərdən kənar qalsın. Həkimlərin dediyinə görə, çox da ciddi zədə görünmür.


- Bədavi Hüseynovu bu mövsümdə meydanda görə biləcəyik?

- İnşallah, görə biləcəyik. Çünki uyğun bir zaman axtarırıq. Daha yaxşı bərpa olub qarşıdakı matçlarda meydana çıxacaq. Sadəcə, indi ilk dəqiqələrdən risk etmirik. Milli komandaların oyunları ilə bağlı yaranan fasilədə əvəzedici heyətimizlə yoxlama matçında yəqin ki, oynayacaq.


- Rusiya ilə Ukrayna arasında baş verən müharibədən sonra bu ölkələrdə oynayan bir neçə futbolçu azad agent statusu alıb. Menecerlər vasitəsilə sizə oyunçular təklif olunub?

- Heç kimlə ünsiyyət olmayıb, bizə belə məlumat gəlməyib.


- Bədavi Hüseynov əsas heyətin oyunçusu idi. O qayıdandan sonra əsas heyətdən kimin kənarda qalacağı real görünür?

- Futbolçuların özlərindən asılıdı. Hansı stabil olacaq, özünü daha inamlı göstərəcək, o da şans qazanacaq. Mən sevinirəm ki, belə rəqabət olsun.


- Maksim Medvedevi artıq mərkəz müdafiəçisi kimi görürsüz. Onun cinahda oynamaq ehtimalı nə dərəcədədi?

- Daha çox ehtimal mərkəz müdafiəçisi oynamağıdı.


- Abbas Hüseynovun oynamağının səbəbi nədi?

- Rəqibə görə heyət qururuq. Əvvəlki iki matçda Abbas oynamışdı, ondan razı qalmışdım. Bu gün Marko Veşoviçə şans verdim. Hər ikisindən razıyam.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

12-03-2022, 19:0

"Son sıralarda olmaq istəmirik" - Sənan Qurbanov

Aktual
13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
“Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
“Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
Son xəbərlər
  • Bu gün, 15:41
    Elvin Yunuszadə Türkiyə klubunda - RƏSMİ
  • Bu gün, 15:05
    "İmişli"dən yeni transfer
  • Bu gün, 14:40
    "Karvan-Yevlax"da ayrılıq
  • Bu gün, 14:19
    "Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
  • Bu gün, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Bu gün, 13:27
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 12:56
    “Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
  • Bu gün, 12:35
    “Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
  • Bu gün, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Bu gün, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Bu gün, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Bu gün, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Bu gün, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Bu gün, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Bu gün, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Bu gün, 10:00
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 23:23
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 178
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 163
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə