Mahir Mədətov (Qarabağ)
“Səbail”lə görüşdə 4 cavabsız qolla qalib gələn “Qarabağ” son turu gözləmədən çempionluğu rəsmiləşdirdi. Qələbədə əsas pay sahiblərindən biri Mahir oldu. Hücumçu “qızıl”ın təmin olunduğu matçda het-trik etdi. Bununla da Mədətov cari mövsüm vurduğu qolların sayını 14-ə çatdırdı və hazırda Baqali Dabo ilə şərikli liderdi. Bugünlərdə şəxsi həyatında yaşananları oyununa yansıtmaması da futbolçu üçün önəmli məqamdı. Onun cari mövsümdə ikinci dəfə het-trik etdiyini də qeyd edək.