• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İnzaqi unikal tipdi, insan beynini yenidən proqramlaşdırır”

Dünya futbolu

26-04-2024, 21:0

Bazar ertəsi İtaliyada çempion müəyyənləşdi – “İnter” tarixindəki 20-ci skudettonu qazandı.

“Football-plus.az” xəbər verir ki, özü də asan olmayan oyunda, Milan derbisində! “Neradzurra”nın baş məşqçisi Simone İnzai karyerasının ilk çempionluğuna sevinir. Artıq “İnter”in emblemində ikinci ulduz da olacaq. İtaliya klublarından indiyə qədər bu şərəfə yalnız “Yuventus”la “Milan” nail ola bilib. Bəs İtaliya mediası “İnter”in yubiley çempionluğunu necə dəyərləndirir?

La Gazzetta della Sport:

“Milanın havası “rossonyerlər”in qəlbini ideal əks etdirir: yağış və soyuq”

İtaliyanın aparıcı idman nəşrlərindən birində romantik ifadələr yer alıb:
“Yasaq arzu və ən pis faciə eyni gecədə həyata keçdi... Görünməmiş derbi “Cüzeppe Meatsa”dakı gecəni qara-göy rənglərlə bəzədi, “Milan”ın fərqi azaldandan sonrakı son çırpıntıları isə uğurun miqyasını daha da dərinləşdirdi... Cüzeppe Kardinale (“Milan”ın sahibi – red.) stadionda idi və komandasının ardıcıl 6-cı derbidə necə uduzmasını izləyirdi. Belə görünür ki, bu kölgəni heç cür qovmaq mümkün olmur. Milanın iqlimi bu saatlarda “rossonyerler”in qəlbini ideal əks etdirir: leysan yağış və soyuq. Xüsusən də Pyoli üçün. Baxmayaraq ki, bu, onun taleyini dəyişə biləsi oyun idi”.


“Calciomercato”: “İnter” və İnzaqi bunu bacardı!
İtaliyanın daha bir nəşri “neradzurra”ya və onun baş məşqçisinə heyranlıq duyur:
“Simone İnzaqi uzun müddət onun qəddini əyə biləsi yükü daşıdı. Ancaq əvəzində möhkəmləndi, get-gedə güclü və yetkin oldu. Mükafatı isə skudettodu... Bu Simone İnzaqi unikal tipdi, insan beynini və fikirlərini sıfırdan yenidən proqramlaşdırmaq bacarığına malikdi. 2024-cü il videolar, yazılar, paylaşımlardan ibarət sosial dövrdü. Ancaq sosial şəbəkələrdə hər şey qalır, xüsusən də Simone İnzaqinin dağıdıb baş-ayaq çevirdi, ayaqqabısından çoxlu çınqılları çıxaran bədbin mühakimələr və proqnozlar”.

“Tuttomercato”: “Əjdahalar” alçalmadan qurtula bilmədi”

Adı çəkilən nəşr məğlublara divan tutdu:
“Əbədi rəqiblərinin necə sevindiyini görüb biabırçılıqdan qaça bilməyən “Milan”ın əsəbiliyi sayəsində “San-Siro”da əvvəldən axıra qədər heç bir süjet yox idi. Amma ən azı Tomorinin ümidverici qolu sayəsində ürəkdağlayan sonluğu təmin etdilər. "İnter" üçün final fiti tamamlanmalı olan mövsümün tacıdı, derbidə titulun az qala sürüşərək əldən çıxdığını görən Simone İnzaqinin böyük qisasıdı. Stefano Pyoli isə pərəstişkarlarının qışqırıqlarını dinləyir və çamadanını yığır”.


“Corriere della Sera”:
“Siti”dən alınan nokaut “İnter”ə inam qazandırdı”


Adı çəkilən məşhur nəşr də bu çempionluğa özünəməxsus izah tapıb:
“İnter”in qələbə layihəsi çoxları üçün bir neçə il əvvəl doğulub və Çempionlar Liqasının İstanbulda keçirilən, “Mançester Siti”nin 1:0 hesabıyla qalib gəldiyi finalından sonra möhkəmlənib. Həmin nokaut İnzaqinin komandasına inam bəxş etdi, nəticədə çempion ilk gündən dominantlıq etməyə başladı. “Yuventus” fevraldakı qarşılaşmaya qədər “İnter”ə müqavimət göstərməyə çalışan yeganə komanda idi. Amma turinlilər uduzdular və “neradzurra” həmin vaxtdan bəri fərqi artırdı”.


Media ilə yanaşı, məşhur italiyalılar da “İnter”in 20-ci skudettosuna münasibət bildirib. Fabio Kapello da “Siti” amilinin üzərində dayanır:
“İnzaqi böyük diqqətlə, fərqli çalışdı. O, oyunçuları çempionluğu qazanacaqlarına inandıra bildi. Yalnız sonda komanda müəyyən eniş yaşadı. Düşünürəm ki, ən vacib məqam İstanbuldakı uduzulan final idi. Orda futbolçular qalib gələ biləcəklərini anladılar”.


Təbii ki, Filippo İnzaqi qardaşının uğuruna biganə qalmayıb:
“Bu, Simonenin böyük uğurudu, artıq kuboklar qazanıb, ancaq skudetto ona haqq etdiyi məmnunluğu yaşadır. Super olubmu? Mənim üçün elə belə idi, bu onun fədakarlığıdı. Qardaşıma görə sevinirəm. İşinə, bu peşədə necə can qoyduğuna görə bütün bunları haqq edib”.


“Yuventus”un sabiq prezidenti Andrea Anyelli fikirləri daha lakonik və parlaq ifadə edib. O, final fitindən dərhal sonra sosial şəbəkə hesabında qısaca belə yazıb:
“16 may 1982-ci il. Sona qədər”.


Xatırladaq ki, “Yuventus” 20-ci skudettosunu məhz həmin gün qazanıb.

Yeri gəlmişkən...
Milan derbisində qələbə qazanan “İnter” tarixində 20-ci dəfə İtaliya çempionu oldu. “İnter” Avropanın beş aparıcı çempionatında ən azı 20 dəfə çempion olmağı bacaran 6-cı klubdu. Milan nəhəngi titul sayında İngiltərənin rekordçusu “Mançester Yunayted”ə çatdı. Bu göstəricidə “böyük beşlik” ölkələrinin rekordçusu “Yuventus”du. Düzdü, artıq bir neçə gün sonra “Real” turinlilərin göstəricisini təkrarlaya bilər.

“böyük beşlik” ölkələrində çempion tituluna görə liderlər
Yuventus İtaliya 36 1904/05 2019/20
Real İspaniya 35 1931/32 2021/22
Bavariya Almaniya 33 1932 2022/23
Barselona İspaniya 27 1929 2022/23
Mançester Yunayted İngiltərə 20 1907/08 2012/13
İnter İtaliya 20 1909/10 2023/24
Liverpul İngiltərə 19 1901 2019/20
Milan İtaliya 19 1900/01 2021/22
Arsenal İngiltərə 13 1930/31 2003/04
Atletiko İspaniya 11 1939/40 2020/21
PSJ Fransa 11 1985/86 2022/23
Sent-Etyen Fransa 10 1956/57 1980/81
Qeyd: 1 – klub, 2 – ölkə, 3 – titul sayı, 4 – ilk titul, 5 – sonuncu titul.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-09-2023, 13:0

Milan derbisində tarixi seriya

Dünya futbolu

18-05-2022, 19:0

"İnter" baş məşqçisi ilə müqavilə müddətini uzatdı

Dünya futbolu

8-11-2022, 17:0

Klub rəsmisindən məşqçiyə dəstək

Dünya futbolu

9-07-2023, 22:0

İtaliya klubunda yeni müqavilə

Aktual
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
"Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
Son xəbərlər
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə