“Sabah”ın ÇL-nin liqa mərhələsinin 2-ci turunda Bakı Olimpiya Stadionunda "Slaviya" ilə keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.
"Football-plus.az" xəbər verir ki, qırmızı xətdə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək. Qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək. Oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.
Matç bu gün saat 20.45-də başlanacaq.
Metro "Sabah"ın oyununa görə xüsusi rejimdə işləyəcək
Avrokuboklar






