Yığmamız Ukraynaya uduzdu - AÇ

6.07.2025 01:59 10
İdman
18 yaşadək qız basketbolçulardan ibarət yığmamız Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, C qrupunda yer alan millimiz 2-ci tur çərçivəsində Ukrayna ilə qarşılaşıb.

Qarşılaşma daha təcrübəli Ukrayna yığmasının qələbəsi ilə yekunlaşıb. Millimiz 65:78 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz sabah qrup lideri Litva ilə qüvvəsini sınayacaq Görüş 19.00-da start götürəcək.

Avropa çempionatı, B divizionu
Qrup mərhələsi, 2-ci tur
C qrupu
5 iyul
Ukrayna U-18 - Azərbaycan U-18 78:65 (19:16, 25:15, 16:20, 18:14)