Qızlardan ibarət U-20 millimiz Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında dördüncü oyununu keçirib.
“Football-plus.az” xəbər verir ki, komandamız Litva ilə qarşılaşıb. Matç rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz daha öncəki 3 oyununda Estoniya, Latviya və Ukraynaya məğlub olub.