"Tottenhem"də ayrılıq baş verəcək.
"Football-plus.az" xəbər verir ki, Uqo Lyoris komandanı tərk etmək üzrədi. O, karyerasını MLS-də davam etdirəcək. Qolkiper "Los Anceles Qalaksi"yə keçəcək.
Artıq tərəflər transfer barədə razılığa gəlib. Keçidin yanvarda rəsmiləşməsi gözlənilir.