"Neftçi"nin legioneri Sessi d'Almeyda Benin yığmasının heyətində Afrika Millətlər Kubokunda növbəti görüşünü keçirib.
"Football-plus.az" xəbər verir ki, Benin millisi 2-ci turda Mavritaniya ilə üz-üzə gəlib. Qarşılaşma Sessinin komandasının qalibiyyəti ilə başa çatıb (2:1).
"Neftçi"nin legioneri bu matçda meydana start heyətində çıxıb və sona qədər oynayıb. Millinin kapitan sarğısı da ona həvalə edilib.
Benin 2 turdan sonra 4 xalla qrupda liderdi. F qrupunda Benin, Burkina Faso, Mavritaniya və Orta Afrika Cümhuriyyəti mübarizə aparır.
"Neftçi"nin legioneri bazubənd geydi, Mavritaniyanı yendi
Ölkə futbolu






