"Zirə"nin legioneri milliyə dəvət aldı

18.05.2022 23:43 469
Ölkə futbolu
"Zirə"nin futbolçusu Brayan Alseus Haiti millisinə dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Bermuda adaları, Montserrat və Qayana ilə keçiriləcək KONKAKAF Milli Liqasının oyunları üçün yığmaya cəlb olunub.

Qeyd edək ki, qarşılaşmalar müvafiq olaraq, iyunun 5-də, 8-də və 12-də oynanılacaq.