Ramin əməliyyat olundu

31.10.2024 16:38 297
Ölkə futbolu
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Ramin Nəsirli bu gün cərrahiyyə əməliyyatı olunub.

"Football-plus.az" xəbər verir ki, Türkiyənin Ankara şəhərində ön çarpaz bağların qopması və meniskidən əməliyyat olunan futbolçu noyabrın 2-də Bakıya dönəcək.

Nəsirlinin nə vaxt sıraya dönəcəyi hələlik dəqiqləşməyib. Buna həkimlər qərar verəcək.