“Şamaxı” ölkə çempionatlarının yüksək dəstəsində 900-cü qolunu vurub.
"Football-plus.az" xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komandanın yubiley qolunu Abdullahi Şuaybu imza atıb.. O, Misli Premyer Liqasının 7-ci turunun “Zirə” ilə səfər görüşündə (1:1) fərqlənib.
900-cü qol 733-cü matça təsadüf edib. Evdə 482, səfərdə 418 dəfə fərqlənən “Şamaxı” ümumi qol sayında yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.
İlk qol 1999/2000 mövsümündə vurulub. 1999-cu il noyabrın 7-də “Neftçi” ilə ev oyununun (2:3) 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixinə düşüb.
Şuaybu "Şamaxı"nı 900-ə çatdırdı
Ölkə futbolu






