Eder Militao “Real”ın “Barselona” üzərində qələbəsinə (2:1) doyunca sevinə bilməyib. La Liqasının 10-cu turunda keçirilən prinsipial matç zamanı onun evi qarət edilib.
"Football-plus.az" xəbər verir ki, “El Mundo” nəşrinin məlumatına görə, hadisə “Barselona” - “Real” matçı keçirilən vaxtda baş verib. Oğrular futbolçunun La Moraleha adlı elit yaşayış massivində yerləşən evinə 3-cü mərtəbədəki vanna otağının pəncərəsindən daxil olublar. Onlar ümumilikdə 350 min avrodan çox dəyəri olan saat və zinət əşyalarını oğurlayıblar. Həmin vaxt Militaonun ailə üzvləri evin 1-ci mərtəbəsində oyunu izləyirmişlər.
Futbolçu evə qayıtdıqdan sonra qiymətli əşyaların itdiyini aşkar edib.
Qələbəyə doyunca sevinə bilməyib
Dünya futbolu




