Rodriqo komadasının ölkə kubokunu qazanmasına doyunca sevinə bilməyib. Səbəb onun ziyana düşməsi ilə bağlıdı.
"Football-plus.az" xəbər verir ki, “Real”ın hücumçusunun evi qarət olunub. Hadisə İspaniya kubokunun “Osasuna” ilə final matçı (2:1) zamanı baş verib. Həmin vaxt evdə heç kim olmayıb. Rodriqonun birgə yaşadığı valideynləri cinayət hadisəsi zamanı stadionda olublar. İlkin məlumatlarda qarətçilərin futbolçunun ailəsinə nə qədər ziyan vurduğuna aydınlıq gətirilmir.
Rodriqo qələbəyə doyunca sevinə bilmədi
Dünya futbolu

