Tomas Müller “Barselona” üzərində qələbəyə (2:0) doyunca sevinə bilməyib. “Bavariya”nın təcrübəli futbolçusunun evi qarət olunub.
Almaniya mənbələrinin yaydığı məlumatda hadisənin sentyabrın 13-dən 14-nə keçən gecə Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun oyunu zamanı baş verdiyi bildirilib. Tomasın evindən pul və qızıl-zinət əşyaları oğurlanıb. Oğruların ona konkret neçə avroluq ziyan vurduqlarına aydınlıq gətirilməsə də, futbolçunun ailəsinin 6 rəqəmli ədədə bərabər geri düşdüyü bildirilib.