Misli premyer-liqasının 12-ci turu “Zəfər turu”du!

2.11.2023 21:21 225
Premyer-liqa
2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu işğalda olan torpaqlarımızı azad etdi.

"Football-plus.az" xəbər verir ki, şanlı qələbəmizdən sonra 8 Noyabr ölkəmizdə “Zəfər Günü” olaraq təsis edilib. Peşəkar Futbol Liqası qələbəmizin 3-cü ildönümü münasibətilə Misli premyer-liqasının 12-ci turunun “Zəfər turu” elan edilməsi barədə qərar qəbul edib.