"Qarabağ"ın legioner futbolçuları milli komandalara dəvət alıblar.
"Football-plus.az" xəbər verir ki, monteneqrolu Marko Yankoviç sentyabrın 7-də Litvaya, üç gün sonra Bolqarıstana qarşı keçirəcəkləri AÇ-2024-ün seçmə mərhələ oyunları üçün yığmaya cəlb edilib.
Leandro Andrade isə Kabo-Verde millisinə çağırılıb. O, sentyabrın 10-da Toqo yığmasına qarşı Afrika Millətlər Kubokunun seçmə mərhələ görüşü üçün dəvət alıb.
Qeyd edək ki, daha əvvəl qapıçı Luka Quqeşaşvili Gürcüstan yığmasından dəvət almışdı.
"Qarabağ"ın legionerləri ölkələrinin millisinə dəvət alıb
Ölkə futbolu




