İntizam Komitəsi “Neftçi”ni cərimələdi, Simiç yaddan çıxdı

14.10.2026 10:52 90
Ölkə futbolu / Manşet
7-ci turun mərkəzi oyunu olan “Neftçi” – “Sabah” qarşılaşması gərgin mübarizə şəraitində keçdi. Sona yaxın meydanda gərginlik bir qədər də artdı. 74-cü dəqiqədə Viçko Şevel Kahim Parrisə qarşı sərt oynadığına görə hakim cərimə zərbəsi təyin etdi. Referi oyunu dayandırsa da, Velko Simiç Şeveli yerə yıxdı. Bundan sonra futbolçular arasında mübahisə yarandı. Emil Səfərova zərbə endirən Simiç daha sonra Falaye Sakonun üzərinə şığıdı. Hakim hər iki futbolçuya sarı vərəqə göstərəndən sonra oyun davam etdi.

Simiç 82-ci dəqiqədə əvəzlənərkən qeyri-peşəkar davrandı, əlini qulağına apararaq azarkeşlərin fikrinin onun üçün heç bir əhəmiyyət daşımadığını göstərdi. Onun jesri gərginliyi daha da artırdı. Tribunadan futbolçunun ünvanına təhqirəramiz sözlər səsləndi.

İntizam Komitəsinin qərarında diqqətçəkən məqam odu ki, “Neftçi” azarkeşlərinin hərəkətinə görə 5000 manat cərimələnib, ancaq faktiki onları buna sövq edən Simiç cəzasız qalıb.

Əlbəttə, tribunadakı təhqiramiz şüarlarla futbolçunun meydandakı davranışı fərqli intizam pozuntularıdı və hər biri müvafiq qaydalar əsasında qiymətləndirilməlidi. Ancaq bu fərq meydandakı epizodların araşdırılmasına ehtiyacı aradan qaldırmır. Maraqlıdı, Simiçin davranışı araşdırılıbmı, araşdırılıbsa, hansı nəticəyə gəlinib? Araşdırılmayıbsa, niyə?

İSRAYIL XEYRULLAYEV