Xosep Qvardiola ilə çalışmağın gözlədiyindən də maraqlı olduğunu vurğulayan ünlü italiyalı qapıçı bunları deyib:
''Düzdü, Mançesterə qısa müddət öncə gəlmişəm. Amma indidən özümü sanki evdə hiss edirəm. Çünki burdakı insanlar mənə özümü bu cür hiss etdirir. Onlar mənim transferimi çox istədiklərini göstərdilər. İndi də burda hər kəs mənə doğma insan gözü ilə baxır. Qvardiolanı dinləyərkən sanki sehrli bir aləmə düşürsən. Düzdü, belə olacağını təxmin etmişdim. Amma reallıqda Qvardiola ilə çalışmaq gözlədiyimdən də maraqlıdı. Mümkün olduğu qədər burda qalmağa və bu təcrübəni yaşamağa çalışacam''.
26 yaşlı əlcək sahibi indiyə qədər ''Siti''də forma geydiyi 6 oyunun 3-də qapısını toxunulmaz saxlayıb.





