İmmobile futboldan başqa hansı idman növünün fanatı imiş?

28.02.2025 07:57 307
Dünya futbolu
Son vaxtlar məhsuldarlığı bir qədər aşağı düşən ''Beşiktaş''ın təcrübəli forvardı Çiro İmmobile vətəni İtaliya mətbuatına yeni açıqlamalar verib.

35 yaşlı futbolçunun son 11 rəsmi oyunda cəmi 1 qolu var. Bu üzdən İstanbul nəhənginin mövsümün sonunda onunla vidalaşacağı barədə şayiələr yayılıb.

Türkiyə karyerasında indiyə qədər iştirak etdiyi 30 rəsmi oyunda 14 qol, 2 məhsuldar ötürmə ilə fərqlənən və ''ağ-qaralar''la 2026-ya qədər müqaviləsi olan İmmobile bunları deyib:

''Beşiktaş''da xoşbəxtəm. Bu mənim üçün gözəl bir təcrübədi. Düzdü, bundan sonra çempion olmağımız çətin görünür. Amma ən azından adımızdan söz etdirməyə çalışırıq. İtaliya çempionatını təbii ki, böyük diqqətlə təqib edirəm. Maraqlı çempionluq mübarizəsi var və bu mübarizə sona qədər də ''İnter'', ''Napoli'' və ''Atalanta'' arasında gedəcək. Formula-1, yoxsa A seriyası? Mənim üçün Formula-1 hər zaman pol mövqeyindədi. Bu idman növünə həmişə böyük marağım olub. Ayrıca bir qrupumuz var və dostlarımla orda Formula-1 müzakirə edirik. Bu idman növü ilə əlaqəli olan hər şeyi sevirəm''.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul