“Football-plus.az” xəbər verir ki, "İmarət Azarkeş Qrupu" bununla bağlı "feysbuk" hesabında sərt paylaşım edib:
"Və budu, komandamız məğlub edə biləcəyi rəqibə boyun əydi, əsəblər tarıma çəkildi. Çempionlar Liqasında, Avropa arenasında mübarizə aparmaq istəyən komanda, heç olmasa, 2-3 normal transfer etməliydi. Biz nəticələrin belə olacağın bilir, ancaq dəstək üçün susurduq. Hörmətli “Azərsun Holdinq”, “Qarabağ” FK “Bazarstore” deyil ki, burda ancaq xeyri fikirləşəsiz. “Qarabağ” Azərbaycan insanının ümid yeri, qürur mənbəyidi. “Qarabağ”a bir-iki “rəxit” futbolçu alıb-gətirməklə Avropada uğur əldə etmək olmaz! Sponsor komandaya xeyir verməlidi, komanda sponsora yox!”


