Millimizin növbəti rəqibi bəllidi

13.07.2023 12:16 211
İdman
Basketbol üzrə Azərbaycan millisinin Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatının "B" divizionundakı növbəti rəqibi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, C qrupunu sonuncu pillədə tamamlayan yığma 17-20-ci yerlər uğrunda oyunda Lüksemburq seçməsi ilə qarşılaşacaq.

İyulun 14-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 13.00-da başlayacaq. Görüş Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi yutub hesabından canlı yayımlanacaq.