“Komandamızı və azarkeşlərimizi ilk xal münasibəti ilə təbrik edirəm” – Azər Bağırov

23.08.2026 21:55 1
Ölkə futbolu / Manşet
"Şamaxı" Misli premyer-liqasının 2-ci turu çərçivəsində "Turan Tovuz”la səfərdə heç-heçə etdi - 0:0.

"Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

- Tovuz azarkeşlərinin qarşısında oynamaq çox çətindi. Oyundan əvvəl futbolçulara demişdim ki, yaxşı oyunumuz olacaq. Mübariz bir komanda ilə qarşılaşdıq. Sona qədər mübarizə apardıq. Komandamızı və azarkeşlərimizi ilk xal münasibəti ilə təbrik edirəm.

- Rəqib ilk dəqiqələrdə topu sizə verdi. Bunu gözləyirdizmi?
- Rəqibin oyununu təhlil etmişdik. Daim pressinq etməyi düşünürdük. Analizlərimiz eyni oldu. Əzmin nəticəsində xalımızı qazandıq.

- Xorxe Silvanın yerinə yetirdiyi cərimə zərbəsi barəsində fikirləriniz necədi?
- Hakimlərimiz vəziyyəti daha yaxşı təhlil edib.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul