İspaniyada özünə yeni klub tapdı

8.10.2026 23:00 45
Dünya futbolu
Daniel Karvaxal İspaniyada özünə yeni klub tapıb.

Yayda “Real”dan ayrılan müdafiəçi “Xetafe”yə keçməyə yaxındı. AS qəzetinin məlumatına görə, təcrübəli futbolçu artıq İspaniya klubu ilə anlaşıb.

Karvaxal “Real”da 2013-cü ildən çıxış edib. Madrid klubu ilə müqaviləsi yenilənməyən 34 yaşlı futbolçu azad agent statusuna malikdi. Danielin “Real”la 18 titul qazandığını da qeyd edək.