Bir neçə həftə “dincələcək”

1.10.2025 12:36 6
Dünya futbolu
“Real”ın kapitanı Daniel Karvaxal zədələnib.

"Football-plus.az" xəbər verir ki, ispaniyalı müdafiəçiyə əzələ yırtılması diaqnozu qoyulub. COPE nəşrinin yazdığına görə, 33 yaşlı futbolçu 4 həftə yaşıl meydanlardan kənarda qala bilər.

Xatıladaq ki, Karvaxal ötən ilin oktyabrında çarpaz bağlarından zədələnmişdi. O, bu il mayın sonunda yaşıl meydanlara qayıtmışdı.

Daniel bu mövsüm bütün yarışlarda 7 matçda meydana çıxıb.