Sanki Allah səsimizi eşitdi. Millətlər Liqasının oyunlarına ölkəmizdən yalnız Əliyar Ağayevin təyinat aldığı haqda ürək yanğısı ilə qələmə aldığımız məqalənin ardından UEFA Elçin Məsiyevə də bu mötəbər turnirdə ehtiyac duydu. Beləliklə, 2017-ci ildən bəri FİFA referisi statusu daşıyan Məsiyev karyerası ərzində ikinci dəfə bu yarışda iş başında oldu.
Xatırladaq ki, o, ilk dəfə 2024/25 mövsümündə Lüksemburq - Şimali İrlandiya matçını (2:2) idarə edib.
"Football-plus.az" xəbər verir ki, Məsiyev dünən Millətlər Liqasının 5-ci turunun Buxarestdə keçirilən Rumıniya - İsveç matçında iş başında olub. O, qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda vəzifəsini layiqincə yerinə yetirməyə çalışıb. Referi Rumıniyanın 4, İsveçin 2 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. Matçda mübahisəli hakim qərarı qeydə alınmayıb.
Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edib. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirib.
KƏNAN BAHADIR
Elçin Məsiyevin qərarları Buxarestdə narazılığa səbəb olub? - karyerasında ikinci dəfə....
Ölkə futbolu / Manşet






