İFF-də qamaqal: prezident postundan azad edildi

8.10.2026 18:30 36
Dünya futbolu
İtaliya futbolunda növbəti qalmaqal baş verib.

Covanni Malaqo İtaliya Futbol Federasiyasının (İFF) prezidenti vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb. İtaliya Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsi əvvəlki prezident seçkilərində prosedur pozuntusu aşkarlandığı üçün İFF-yə nəzarət tətbiq edib.

Malaqo iyunun 22-də prezident seçilib. Lakin onun federasiyanın tələb etdiyi lisenziyaya sahib olmadığı və bu səbəbdən seçkilərdə iştirak hüququnun olmadığı bildirilib. Nəzarət tətbiq edildikdən sonra Malaqo İFF-də fövqəladə komissar vəzifəsinə təyin olunub. Onun əsas vəzifəsi 2027-ci il yanvarın 31-dək yeni prezident seçkilərini təşkil etməkdi. Qeyd edək ki, Malaqo yeni seçkilərdə namizədliyini irəli sürə bilər.