Messi milli forma ilə qalib kimi vidalaşdı

8.10.2026 15:26 18
Dünya futbolu
Lionel Messi Argentina yığmasında sonuncu dəfə meydana çıxıb.

Milli komanda yoldaşlıq matçında Beninə 3:0 hesabıyla qalib gəlib. Messi qələbədə bir qol və iki məhsuldar ötürmə ilə rol oynayıb.

Dünya şöhrətli futbolçu milli formada keçirdiyi 208-ci oyunda qollarının sayını 126-ya, məhsuldar ötürmələrinin sayını isə 70-ə çatdırıb. Lionel Argentina yığmasında 2005-ci ilin avqustundan çıxış edirdi. O, milli komanda ilə 2022-ci ildə dünya çempionatının, 2021 və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə isə Finalissimanın qalibi olub.