AS qəzeti milli komandaların çalışdırıcıları arasında ən yüksək illik maaş alan mütəxəssislərin siyahısını dərc edib. Siyahıya Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti başçılıq edir.
İtaliyalı məşqçinin illik məvacibi 10 milyon avrodu. Almaniya yığmasının baş məşqçisi Yürgen Klopp 7 milyon avro ilə 2-ci, ABŞ yığmasının çalışdırıcısı Maurisio Poçettino isə 6,8 milyon avro ilə 3-cü yerdədi.
AS-ın hazırladığı siyahının ilk “10-luğ”una düşən mütəxəssislərin illik maaşlarını da nəzərinizə çatdırırıq: Tomas Tuxel (İngiltərə, 6 milyon), Luis de la Fuente (İspaniya, 5 milyon), Jorje Jezuş (Portuqaliya, 4 milyon), Zinəddin Zidan (Fransa, 3,6 milyon), Xavi Ernandes (Niderland, 3 milyon), Lionel Skaloni (Argentina, 2,3 milyon), Ralf Ranqnik (Avstriya, 2 milyon).
Ançelotti dünyada liderdi - pulunu balta kəsmir!
Dünya futbolu






