Bu futbolçular legioner həyatı yaşasalar da, adi vəziyyətlərdə özünü itirir, hücumun davamı baxımından düzgün qərar verə bilmirdilər. Təsadüfi deyil ki, oyundan sonra da sosial şəbəkələrdə ciddi şəkildə tənqid olunurlar. Hətta futbol ictimaiyyəti arasında onların yığmada oynamağa layiq olmadığını düşünənlər də var.
“Football-plus.az” bu məsələ ilə bağlı Arif Əsədovun fikrini öyrənib:
“Vallah, bu suala cavab vermək düzgün deyil. Bu gün əlimizdə cəmi bir neçə futbolçu var ki, həmişə milliyə lazımdılar. O baxımdan, kiminsə burada lazım olub-olmadığını demək düzgün deyil. Hər bir futbolçu milli üçün lazımlı və dəyərlidi. Sadəcə, ola bilər ki, kimsə hansısa oyunda özünü yaxşı tərəfdən göstərir, yaxud kiminsə oyunu alınmır. O baxımdan sualın bu dərəcədə kəskin qoyulmasıyla razı deyiləm. Hər bir futbolçu millimizə lazımdı”.
İSRAYIL XEYRULLAYEV






