Jül Kunde Barselonadan Londona yollana bilər.
“Çelsi” eyniadlı klubun müdafiəçisi ilə maraqlanır.
"Football-plus.az" xəbər verir ki, “El Desmarque” nəşrinin məlumatına görə, London klubu kataloniyalıların heyətində fransalı futbolçunun oyun vaxtının azalmasını onun transferi üçün şanslarını artıran amil kimi qiymətləndirir. Həmçinin “Barselona”nın qışda yeni futbolçular almaq üçün Kundeni satmaq məcburiyyətində qala biləcəyi də bildirilir.
27 yaşlı müdafiəçinin klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdi. Jül bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 5 oyuna çıxıb və məhsuldar hərəkətlərlə yadda qalmayıb.
Barselonadan Londona yollana bilər
Dünya futbolu





