Bu il “Golden Boy” mükafatına namizəd seçilən futbolçuların siyahısı açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, İtaliyanın “Tuttosport” qəzetinin 2003-cü ildən 21 yaşadək ən yaxşı futbolçuya təqdim olunan mükafata 25 oyunçu iddia edir. Bu dəfə mükafat uğrunda mübarizədə İspaniya yığmasının 19 yaşlı futbolçusu Lamin Yamal iştirak etməyəcək. Buna səbəb mükafatın eyni futbolçuya iki dəfə verilməməsidi. “Barselona”da çıxış edən Lamin 2024-cü ildə “Golden Boy” seçilib.
Yeri gəlmişkən, son 5 ildə bu mükafatı Pedri, Qavi, Cud Bellingem, Lamin Yamal və Dezire Due qazanıblar.
O, bu dəfə “ofsayd”a düşdü
Dünya futbolu






