“Golden boy”a iddiaçıların sayı 20-yə düşdü

15.10.2022 19:30 346
Dünya futbolu
“Golden boy” mükafatına namizədlərin yekun siyahısı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, “Tuttosport” qəzetinin 21 yaşadək futbolçular üçün təsis etdiyi mükafata iddiaçıların sayı 20-yə endirilib.

İtaliya nəşrinin əməkdaşlarının rəyinə əsasən formalaşan yekun siyahıya bu futbolçular layiq biliniblər:

Çud Bellingem, Kərim Adeyemi (hər ikisi Dortmund “Borussiya”sı), Eduardo Kamavinqa (Real), Pedri, Ansu Fati, Qavi (hamısı “Barselona”), Antonio Silva (Benfika), Fabio Karvalyo (Liverpul), Vilfred Nyonto (Lids), Yoşko Qvardiol (Leyptsiq), Camal Musiala, Matis Tel, Rayan Qravenberx (hamısı “Bavariya”), Fabio Miretti (Yuventus), Niko Qonsales (Valensiya), Nunu Mendeş (PSJ), Corco Skalvini (Atalanta), Nikola Zalevski (Roma), Benyamin Şeşko (Zaltsburq), Destini Udoci (Udineze).

Ötən mövsüm mükafata “Barselona”nın oyunçusu Pedri sahib çıxmışdı. Builki laureatın kimliyi isə noyabrın 7-də Turində təşkil ediləcək mərasimdə açıqlanacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul