Viktor Dyökereş milli komandada məhsuldar çıxışını davam etdirir.
Football-plus.az" xəbər verir ki, İsveç yığmasının hücumçusu Millətlər Liqasında yeni rekordun müəllifi olub. 27 yaşlı forvard turnirin tarixinə ardıcıl 7 oyunda qol vuran ilk futbolçu kimi düşüb.
Viktor Millətlər Liqasının 4-cü turunun Rumıniya ilə oyununda (1:0) qələbə qoluna imza atıb. O, bu göstərici ilə Millətlər Liqasının tarixində özünəməxsus rekorda imza atıb.
İsveçli futbolçu rekord müəllifi oldu
Dünya futbolu






