“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv premyer-liqanın 17-ci turunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.
Matçdakı sonuncu qolun müəllifi olan Hamidu Keyta “Qarabağ”ın Azərbaycan derbisindəki 120-ci qoluna imza atıb. Ağdam təmsilçisi bu göstəriciyə 93-cü matçda çatıb.
Bu görüşədək rekord “Neftçi”yə məxsus idi. Bakılılar “Şamaxı” ilə qarşılaşmalarda 119 qol vurub.