Bosniyalı "Sabah"ın tarixinə düşdü

21.08.2023 11:55 227
Premyer-liqa
"Sabah" premyer-liqada 100-cü ev qoluna imza atıb.

"Football-plus.az" PFL-ə istinadən xəbər verir ki, bu yubiley qolunun müəllifi Boyan Letiç olub.

O, Misli Premyer Liqasının III turunda fərqlənib. Letiç “Neftçi” ilə görüşdə (1:1) komandasının yeganə qoluna imza atıb.

2018/19 mövsümündən Premyer Liqada mübarizə aparan “Sabah” 100-cü qolu 71-ci matçda vurub. Paytaxt klubunun orta məhsuldarlığı 1,41-dir.
Qeyd edək ki, “Sabah” çempionatın tarixinə öz meydanında 100 və daha çox qol vuran 22-ci komanda kimi düşüb.