İspaniya La Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu ada “Barselona”nın hücumçusu Rafinya layiq görülüb. Braziliyalı futbolçu ötən ay çempionatda meydana çıxdığı 4 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. “Valensiya” ilə matçda bir qol vuran Rafinya “Rasinq” və “Sevilya” ilə matçların hər birində het-trik edib.
Qeyd edək ki, o, avqust ayında da La Liqanın ən yaxşı futbolçusu seçilmişdi. Braziliyalı hücumçu bu dəfə səsvermədə Kilian Mbappeni (Real), Conatan Devidi (Atletiko), Serxio Kamelyonu (Rayo Valyekano) və Fera Ninyonu (Elçe) arxada qoyub.
O, La Liqada rəqib tanımır!
Dünya futbolu






