Harri Keyn karyerasında daha bir uğurlu göstəriciyə imza atıb.
"Football-plus.az" xəbər verir ki, o, Xorvatiya ilə səfər oyununda milli komandanın tarixinə düşüb. “Bavariya”nın hücumçusu İngiltərə yığmasında ardıcıl 6 səfər oyununda qol vurub. O, bu göstərici ilə 78 il əvvəl müəyyənləşmiş rekordu təkrarlayıb.
Keyndən əvvəl bunu yalnız üç futbolçu bacarıb. Ceyms Uindric, Tom Finni və Sten Mortensen ardıcıl 6 səfər matçında qol vurublar. Mortensen bu rekorda sonuncu dəfə 1948-ci ildə imza atıb.
Qeyd edək ki, Keynin seriyasına Andorra, Serbiya, Latviya, Albaniya, Çexiya və Xorvatiya ilə səfər oyunlarında vurduğu qollar daxildi.
78 ildən sonra bunu bacaran ilk futbolçu oldu
Dünya futbolu






