Premyer-liqada hamını qabaqladı

5.10.2026 11:33 45
Dünya futbolu
İngiltərə premyer-liqasında sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, turnirin saytının yaydığı xəbərə görə, bu nominasiyada Paskal Qross qalib gəlib. “Brayton”un 35 yaşlı alman yarımmüdafiəçisi ötən ay İngiltərə çempionatında keçirdiyi 3 matçda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

Onun komandası premyer-liqada 5 turdan sonra 10 xalla 3-cü yeri tutur.