Premyer-liqada hamını qabaqladı

16.01.2025 22:46 302
Dünya futbolu
İngiltərə premyer-liqasında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Nyukasl”ın hücumçusu Aleksander İsak bütün həmkarlarını qabaqlayıb. İsveçli futbolçu dekabrda premyer-liqada meydana çıxdığı 6 oyunda 8 qol vurmuş, 2 məhsuldar ötürmə etmişdi.

Qeyd edək ki, ayın ən yaxşı futbolçusu adına “Liverpul”un hücumçusu Məhəmməd Salah ilə “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer də namizəd idi.