"Football-plus.az"ın məlumatına görə, oyundan sonra "sarı-lacivərdlilər"in iki futbolçusu "Fenerbahçe TV"yə açıqlama verib.
Çağrı Balta:
"Komanda olaraq, çox yaxşı mübarizə apardıq. Bu həftə bu oyun üçün çox çalışmışdıq. Gözəl yoxlama matçı keçirdik. Qol vurduğu üçün çox sevincliyəm. Hər görüşdə özümü inkişaf etdirməyə çalışıram. Məşqçilər korpusuna təşəkkür edirəm. Azərbaycanda bizi çox yaxşı qarşıladılar. Klublar arasında yemekdə görüş də oldu. Onlara çox təşəkkür edirik".
Alaəddin Əkici:
"Bu oyunda mənə şans verən baş məşqçimizə təşəkkür edirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Komanda yoldaşlarım mənə çox dəstək göstərdi. Yaxşı performans sərgilədiyimi düşünürəm. Oyunu gözək hesabla qazandıq. Azarkeşlər bizi yağışlı və soyuq havada ilk dəqiqədən etibarən dəstəklədilər. Həmişə yanımızda olduqları üçün onlara təşəkkür edirəm".
KƏNAN BAHADIR






