Xatırladaq ki, 32 yaşlı futbolçu təxminən bir il öncə qeyri-qanuni pul qoyuluşuna görə saxlanılmış, sonra da məhkəmənin qərarı ilə həbs edilmişdi. Həmin vaxt ''Fənər''in kapitanı statusunda olan Yandaş ötən ilin dekabrın 9-da həbsə göndərilmiş və yalnız aprelin 3-də azadlığa buraxılmışdı. Amma azadlığa buraxılmasına baxmayaraq Nizam-İntizam Komitəsi onu 12 aylığa cezalandırmışdı. Sonradan ''Fənər''in apellyasiyası sayəsində cəza 12 aydan 6 aya endirilmişdi. Yəni 1 ilə yaxındı futboldan kənar qalan bu futbolçu nəhayət, komanda ilə birlikdə məşqlərdə iştirak etməyə başlayıb.
Baş məşqçi İsmayıl Kartal onun durumundan razıdı. Təcrübəli mütəxəssis bir müddət öncə verdiyi açıqlamada Yandaşa şans verəcəyinə işarə vurmuşdu:
''Hər kəs bunu bilməlidi ki, Mərt Hakan bu komandanın kapitanıdı. Üzərində yaxşı çalışır. Ona şans verməyi planlaşdırıram''.
''Fənər''i yığma fasiləsindən sonra ağır təqvim gözləyir. İstanbul nəhəngi 1 ay ərzində 6 çətin oyuna çıxacaq. Mərt Hakanın belə bir məqamda geri dönməsini müjdəli xəbər saymaq olar. Bu futbolçunun yarımmüdafiənin mərkəzində rəqabəti artıracağı və rotasiyada istifadə ediləcəyi gözlənilir.






