"Football-plus.az" xəbər verir ki, həyəcandan nəfəslərin tutulduğu ərəfədə millimizin rəqibinin kapitanı Yuskas Lasitskas iddialı açıqlama ilə gündəmə gəlib. Litva Futbol Federasiyasının rəsmi saytına danışan futbolçu bunları deyib:
"Düşünürəm ki, Bakıdakı oyun Kaunasdakı matçdan maraqlı olacaq. Lixtenşteynlə görüş Azərbaycan millisini daha da motivasiya edib. Bu üzdən, daha çox qələbə qazanmağa çalışacaqlar. Amma bu məqam bizi təəccübləndirməyəcək. Əslində, hadisələrin axarından üstünlük kimi istifadə edə bilərik. Çünki milinin oyunları ilə əlaqədar olan fasilə bu dəfə daha uzun oldu. Birlikdə xeyli vaxt keçirdik. Həm istirahət etdik, həm fərdi, həm də komanda ilə birlikdə məşqlər keçdik. Hər şey mükəmməl idi. Bu dövrü yüksək notda başa vurmaq istəyirik. Düzdü, qrup lideri kimi qalmaq üçün heç-heçə bizə yetərlidi. Ancaq bu cür hesablamaları sevmirəm. Həmişə meydana qalib gəlmək üçün çıxırıq. Kaunasdakı oyunda gördük ki, Azərbaycan millisində keyfiyyətli futbolçular var. Meydana çıxıb oynamaqdan qorxmuruq. Heç-heçə üçün mübarizə aparmaq həqiqətən pis olar. Yalnız qələbə uğrunda döyüşəcəyik".
Xatırladaq ki, Azərbaycan - Litva matçı saat 17.00-da start götürəcək.
KƏNAN BAHADIR






