“Sabah”dan ayrılan nigeriyalı futbolçu Oluvasen Timilehinin yeni klubu məlum olub.
"Football-plus.az" xəbər verir ki, 21 yaşlı hücumçu karyerasını Kosovoda davam etdirəcək. Timilehin “Ferizaj”a keçib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı yeni komandası ilə 3 illik müqaviləyə imza atıb.
Timilehin son illərdə əsasən “Sabah-2”nin heyətində çıxış edib. O, “Sabah”ın əsas komandasında cəmi 2 matçda meydana çıxıb. 2025-ci ildə isə hücumçu “İmişli”yə icarəyə göndərilib.
"Sabah"dan ayrılan hücumçu Kosovoda iş tapdı
Ölkə futbolu






