Asiyanı tərk edən Kris Smollinqin yeni klubu məlum olub. O, yenidən Avropada top qovacaq.
"Football-plus.az" xəbər verir ki, İngiltərə yığmasının 36 yaşlı sabiq müdafiəçisini “Portu” heyətinə cəlb edib. Portuqaliya klubu ilə anlaşmanın müddəti mövsümün sonuna kimidi. Bu barədə eyniadlı klubun mətbuat xidməti məlumat yayıb.
Sonuncu klubu Səudiyyə Ərəbistanı “Əl-Feyha”sı olan Kris bundan əvvəl “Fulhem”, “Mançester Yunayted”, “Roma”da çıxış edib. Onun İngiltərə yığmasında 31 oyuna 1 qol vurduğunu xatırladaq.
Asiyadan Portuqaliyaya gəldi
Dünya futbolu






