Joao Feliş “Barselona”nı heç cür unuda bilmir.
"Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr”in hücumçusu Avropaya qayıtmaq və “Barselona”da yenidən oynamaq istəyir.
“Sport.es” saytının xəbərinə görə, 26 yaşlı portuqaliyalı futbolçunun əsas hədəfi Çempionlar Liqasında çıxış edən klubda forma geyməkdi. Felişin “Barselona”ya azad agent kimi keçməsi isə onun arzusu olduğu bildirilir. Məlumata görə, futbolçunun agenti Jorje Mendeş artıq mümkün transferlə bağlı “Barselona” ilə əlaqə saxlayıb. Joaonun “Əl-Nəssr”lə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
O, 2023/24 mövsümündə “Barselona”da icarə əsasında çıxış edib. Felişin bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında keçirdiyi 6 oyunda 2 qol vurub 2 məhsuldar ötürmə etdiyini də xatırladaq.
Barselona”nı unuda bilmir...
Dünya futbolu






