“Barselona” ilə birdəfəlik anlaşdı

23.08.2026 12:59 1
Dünya futbolu
Joao Kanselo yeni mövsümə də “Barselona”da başlayacaq.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı müdafiəçi azad agent kimi bu kluba keçib. 32 yaşlı futbolçu “Barselona” ilə müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayıb.

Xatırladaq ki, Kanselo daha əvvəl iki dəfə icarə əsasında “Barselona”da çıxış edib. O, 2023/24 mövsümündə “Mançester Siti”dən Kataloniya klubuna icarəyə verilib, sonra “Əl-Hilal”a keçib. Portuqaliyalı müdafiəçi 2026-cı ilin yanvarında yenidən icarə əsasında “Barselona”ya qayıdaraq komanda ilə İspaniya çempionu olub.

Joao “Barselona”nın heyətində bütün turnirlərdə 65 oyuna çıxıb, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul